"Azərbaycan qanuni müdafiə haqqından istifadə edib" - Ərdoğan

23:24 21.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qafqazda sülh və sabitlik baxımından yaxın müddətdə önəmli addımlar atılıb”.

Hafta.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub:

“Bu hadisə regionda daimi sülhün bərpası üçün fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır”.

Oxunma sayı 24