"Azərbaycanda tətbiq edilən vaksinlər təhlükəsizdir” - Hande Harmancı

13:45 02.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bəzi ştammların diaqnostikası daha güclü ola, bəzilərinə peyvəndlər çox təsir etməyə bilər”.

Hafta.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi ştammlar insanları daha çox yoluxdura bilər: “Nə olur olsun, əhali gigiyenik qaydalara əməl etməlidir. Xüsusilə sıx məkanlara girdiyimiz zaman maska taxmaq vacibdir. Vaksinasiya çox önəmlidir. Hazırda Azərbaycanda tətbiq edilən vaksinlər təhlükəsizdir”.