"Neftçi" Serbiya klubuna məğlub olub

21:28 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

Hafta.az xəbər verir ki, "ağ-qaralar" Serbiyanın "Partizan" komandası ilə qarşılaşıb.

Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

QEyd edək ki, komanda ilk yoxlama görüşündə Rumıniyanın "ÇFR Kluj" kollektivinə uduzub - 1:2.