U-20 yığması Yunanıstana məğlub olub

23:35 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 20 yaşadək qadınlardan ibarət komandası Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa Basketbol Çempionatının B Divizionunda üçüncü oyununu keçirib.

Hafta.az bildirir ki, A qrupunun üçüncü turunda Azərbaycan komandası yunan həmyaşıdlarına 63:79 hesabı ilə məğlub olub.

Turnirin əvvəlində Azərbaycan komandası İrlandiyaya (81:93) məğlub olub, sonra Albaniya üzərində inamlı qələbə qazanıb (88:60).

Üç turdan sonra Yunanıstan A qrupunda altı xalla liderlik edir. Azərbaycan dörd xalla ikinci yerdədir, ardınca İrlandiya (3) və Albaniya (2) gəlir.