Yazını böyüt
Yazını kiçilt
Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş “Ebola” virusuna yoluxma hallarının sayı 1561-ə çatıb. Xəstəlik nəticəsində 506 nəfər həyatını itirib.
Hafta.az xəbər verir ki, bu, KDR İnformasiya Nazirliyinin bəyanatında əksini tapıb.
Qeyd olunub ki, hazırda 628 xəstə xəstəxanalarda və izolyasiya yerlərində müalicə alır. 253 xəstə isə sağalaraq evə buraxılıb.