"Azəriqaz" 4 rayonda “Açıq mikrofon” keçirəcək

15:49 02.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Növbəti həftə daha 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Bu barədə hafta.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı ), 2-ci günü saat 14:00-dan 15:00-dək Bərdə rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Yevlax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Ağdam rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.