Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyuna çıxacaq.
Hafta.az xəbər verir ki, Bakı klubu Finlandiyanın “KuPS” komandasını qəbul edəcək.
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Finlandiyada olacaq.