Ölkədə koronavirus pandemiyası ilə əlaqədar aprelin 20 -ə qədər karantin elan olunub. Qeyd edilir ki, 65 yaşlı insanların çölə çıxması qadağan olunur. Bundan əlavə yaşlı və tənha insanlara sosial təminat göstəriləcək.
Bildirək ki, sosial təminat əvvəl də həyata keçirilirdi. Yaşlı və fiziki qüsurlu insanlara dövlət tərəfindən sosial təminatın yerinə yetirməsi məqsədi ilə onlara baxan şəxslərə pul da ayırmışdı. Karantin elan olunduqdan sonra sosial təmiтatlı şəxslərin sayı artmış olacaq.
Hafta.az cənub bölgəsində koronavirus təhlükəsi ilə bağlı yaşlı insanlardan bir neçəsi ilə həmsöhbət olub:
Həmsöhbətimiz Ağalar Hadiyev deyir ki, yaşım 70-dən çoxdur:
"Pensiya alıram. Öz övladımla yaşayıram. Lazım olan ərzağı da nəvələrim alır. Heç evdən çölə çıxmağa gərək qalmır. Əgər dövlət də belə yardım göstərirsə yaşlı və tənha insanlara çox yaxşı haldır. Çox sağ olsun dövlətimiz. Pensiyalarımızı da qaldırıb. Xəstəliklə bağlı da televiziyadan məlumatlara baxanda görürəm ki, hər şey edirlər. Bizə də düşən iş evdən çıxmamaqdır".
Yardımlı rayonu uzunömürlülər diyarı kimi tanınır. Kəndləri gəzdikdə çox yaxşlı insanlara da rast gəlmək olar. 90-100 yaşlı insanlar öz övladlarının qayğısı ilə yaşayırlar.
Elə müsahibimiz Əli Vahabov da bildirir ki, şəhərdən övladlarının yanından kəndə qayıdıb:
"Televiziyada xəbərlərdə bildirirdilər ki, martın 29-a qədər Bakıya giriş-çıxış qadağan olunub. Mən də 17-i rayona öz evimə qayıtdım. Bura mənim öz evimdir və mənə daha çox doğmadır. Pensiyamı alıram. Bu yaşda harasa çıxmaq da olmaz. Əgər deyirlərsə çıxmayın, biz də gərək çıxmayaq. Qoy bizim övladlarımızın da qayğısı az olsun".
Rayon camaatının bir hissəsi yaşlı olmasına baxmayaraq rayon mərkəzlərinə də yollanırlar. Alış-veriş edənlər də var. Bundan əlavə rayon mərkəzlərinə avtobuslar olmasa da, hər gün taksilər gedib-gəlir.