"Brent" nefti bahalaşmaqda davam edir

10:46 17.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 0,14% artaraq 1 barelə görə 63,44 dollar təşkil edib.

Hafta.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,03% azalaraq 60,03 dollar təşkil edib.