“Biz arzu edirik ki, Ukrayna və Rusiya arasındakı böhran İstanbulda sülh masasında hərtərəfli müzakirə olunsun və yekun sülh sazişi imzalansın”.
Bunu Hafta.az-a siyasi analitik Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oqtay İstanbulda Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı aparılan danışıqlarla bağlı açıqlamasında bildirib.

H.Oqtay qeyd edib ki, İstanbulda keçirilən Ukrayna-Rusiya danışıqlarında humanitar əşyaların mübadiləsi, həlak olan əsgər və mülki şəxslərin dəfn edilməsi kimi məsələlər ön plana çıxıb:
“Rusiyanın bu atəşkəs mübadiləsi zamanı 24 və ya 48 saatlıq atəşkəs rejimini qəbul etməsi gələcəkdə atəşkəs məsələsi yarandıqda müzakirələrə zəmin yaratmaq üçün çox vacibdir. Ukrayna 30 günlük atəşkəs təklif etdiyi halda, Rusiya Ukraynanın silah, avadanlıq və təchizat baxımından Avropanın diqqətindən kənarda qalacağından narahat olduğu üçün bunu etməkdən çəkindi. Lakin bu qısa - 2 saatlıq atəşkəs sonda atəşkəs və sülh sazişinin imzalanması üçün kiçik də olsa qapını açacaq”.