"Çelsi"yə rekord məbləğ - Onun üçün

10:20 17.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərə millisinin və London "Çelsi"sinin yarımmüdafiəçisi Kol Palmer klubunu dəyişə bilər.

Hafta.az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb. Mənbənin məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin xidmətində Fransanın PSJ klubu maraqlıdır. Paris nəhənginin rəhbərliyi transfer rekordunu qırmağa və ingilis üçün 250 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, tarixin ən bahalı transferi PSJ ilə "Barselona" arasında Neymara görə bağlanan müqavilədir. Parislilər 2017-ci ilin yayında braziliyalını 222 milyona almışdılar.