Yazını böyüt
Yazını kiçilt
Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bildirib ki, cəmiyyətdəki gərginliyin əsas mənbəyi sosial-iqtisadi problemlərin həll olunmamasıdır.
Hafta.az-ın yazdığına görə, Rusiya Konstitusiyasının 30-cu ildönümü mərasimində Vladimir Putinlə görüşən Zorkin, həll edilməmiş problemlər səbəbindən məhkəməyə çoxlu müraciət aldıqlarını açıqlayıb.
Konstitusiya Məhkəməsinin sədri bəyan edib ki, ölkə əhalisi ilk növbədə sosial ədalətsizlik probleminin həllini gözləyir. Zorkin bildirib ki, “kollektiv Qərb”in Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar da problemi ağırlaşdıran təsir bağışlayıb.
Zorkin həmçinin sənayedə robotlaşdırma və avtomatlaşdırmanın cəmiyyətdə sosial qütbləşməni artırdığını da bildirib.