Yazını böyüt
Yazını kiçilt
"Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriyadan atəşə tutur".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev twitter hesabında qeyd edib.
O bildirib ki, Ermənistanın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada, Azərbaycanın mülki vətəndaşlarına qarşı yeni müharibə cinayətləri törətmək üçün zəmin hazırladıqları açıq görünür.