Azərbaycan və Almaniya prezidentləri təkbətək görüşüb

11:46 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəldi.

Hafta.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev burada xatirə kitabını imzaladı.

Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.

Siyasət rubrikasından digər xəbərlər