"Həmişə inanmışdıq ki, torpaqlarımızı geri qaytaracağıq"

08:51 13.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mən Bakı şəhərində yarımçıq vəziyyətdə olan binalarda yaşamışam. Çox çətin günlər görmüşük, ağır həyat keçirmişik. Amma buna baxmayaraq dözdük, inandıq ki, dövlətimizin və ordumuzun sayəsində torpaqlarımızı geri qaytaracağıq. Buna həmişə inanmışdıq.

Hafta.az xəbər verir ki, bu fikirləri Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Yusif Rüstəmov azertag.az-a açıqlamasında deyib.

Həyatdakı ən böyük bəxtiyarlığın doğma yurda qayıdış olduğunu deyən Y.Rüstəmov bu münasibətlə keçirdiyi fərəh hisslərini bizimlə də bölüşüb:

“İndi çox sevincliyik, sevincimizin həddi-hüdudu yoxdur. Bundan böyük xoşbəxtlik ola bilməz. Öz torpağımıza, vətənimizə, doğulduğumuz, boya-başa çatdığımız kəndimizə — Cəbrayılın Şükürbəyli kəndinə qayıdırıq. Arzu edirəm ki, bundan sonra da xalqımız firavan yaşasın. İnsanlar öz vətənlərinə bağlı olsunlar, qursunlar, yaratsınlar”.

O, həmçinin suverenliyimizi bərpa edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərimizə rəhmət, qazilərə və əsgərlərə cansağlığı diləyib.