Mərakeş Milli İnsan Haqları Şurası iyunun 24-də Krallıqdan İspaniyanın Melilla şəhərinə keçməyə çalışan qeyri-qanuni miqrantların ölüm səbəbini "damğa basmaq, hündürlükdən yıxılmaq və nəfəs ala bilməmək" olaraq elan edib.
Hafta.az-ın yazdığına görə, Milli İnsan Haqları Şurasının sədri Aminə Buayas paytaxt Rabatda keçirdiyi mətbuat konfransında keçən ay ən azı 18 qeyri-qanuni miqrantın ölümünə səbəb olan hadisə ilə bağlı hazırladıqları hesabatı ictimaiyyətlə bölüşüb.
Tibbi müayinələrə görə, ölümlərin "nəfəs ala bilməmək, izdiham və sərhəd divarlarından yıxılmaq" səbəbiylə olduğunu qeyd edən Buayaş, sərhəd bölgəsindəki çox dar ərazidə nizamsız miqrantlardan ibarət böyük bir kütlənin qapalı sahəyə sıxışdırıldığını qeyd edib.
Ancaq həyatını itirən qeyri-qanuni miqrantların hər birinin ölüm səbəbinin açıqlanması üçün meyitlərin yarılmalı olduğunu qeyd edən Buayaş, "Melillaya keçməyə cəhd zamanı ölən qeyri-qanuni miqrantlardan heç biri dəfn edilməyib. İnsan Hüquqları Şurası, yarılma və DNT testlərini izləməyə davam edir", - o, deyib.
Buayaş, Melilla sərhəd bölgəsində təhlükəsizlik qüvvələrinin qeyri-qanuni miqrantlara qarşı silah istifadə etmədiyini bildirib.
Mərakeş Milli İnsan Haqları Şurasının yaratdığı komitənin hazırladığı hesabatda İspaniya tərəfinin qapıları bağlı saxlaması və mühacirlərə ilk tibbi yardım göstərə bilməməsi səbəbindən ölənlərin sayının çox olduğu vurğulanıb.
Hesabatda nizamsız miqrantların daş, çubuq və kəsici alətlər daşıdıqları da xatırladılıb.
Bəs Melillada nə baş vermişdi? İyunun 24-ü səhər saatlarında Mərakeş-İspaniya sərhədində - Melillada Mərakeş tərəfdən təxminən 1500 qeyri-qanuni miqrant tikanlı məftillərlə sarılmış 10 metr hündürlüyündə sərhəd xəttinə axışıb. Mərakeş polisi və İspaniya səlahiyyətliləri qeyri-qanuni miqrantları mütəşəkkil şəkildə sərhədə axın etməkdə, təhlükəsizlik qüvvələrinə daş və turşu atmaqla hücum etməkdə ittihamlayıblar. Mərakeş hökuməti 18 immiqrantın öldüyünü, Mərakeş polisi də daxil olmaqla 100-dən çox insanın yaralandığını açıqlayıb.
Hadisə zamanı qeyri-qanuni miqrantlardan 133-ü Melillaya gedib və İspaniya tərəfində yaralıların olduğu açıqlanıb.
Mərakeş İnsan Haqları Dərnəyi, Rabat hökumətinin verdiyi rəsmi rəqəmin əksinə olaraq, 2-si Mərakeş polisi, qalanı immiqrant olmaqla, cəmi 27 nəfərin öldüyünü, İspaniyanın qeyri-hökumət təşkilatı Caminando Fronteras isə 37 immiqrantın həyatını itirdiyini iddia edir.