"Humanitar hava dəhlizi" ilə bağlı təxribatlara hazır olmalıyıq - Ekspert

14:14 31.08.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ərazilərində sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdəki erməni separatçılar regiondakı təxribatlarını davam edir.  İşğalçı, separatist qüvvələrin bölgədən çıxarılması ilə sülhün, stabil yaşamın bərpa edilməsinə çalışmaq əvəzinə, bəzi beynəlxlaq qruplar öz maraqlarını ermənilərin “humanitar yardım” bəhanələri ilə gerçəkləşdirməyə cəhd edir, Azərbaycanın suverenliyinə, dövlət təhlükəsziliyinə təhdid yaratmağa çalışırlar. İşğalçı tərəf deyil, işğala məruz qalan tərəfə qarşı beynəlxalq hüquqa uyğun olmayan müdaxiləlr birmənalı qarşılanmır və bu vəziyyətlə bağlı gözləntilər fərqli aspektlərdə təhlil olunur. Humanitar yardım adı ilə Azərbaycanda nəyə nail olmağa çalışırlar?

 Siyasi ekspert Cəmaləddin Quliyev hafta.az-a qeyd edib ki, Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında keçirilmiş iclas ərəfəsi erməni lobbisi bütün dünya boyu xüsusi antiazərbaycan kampaniyası apardı. Dünyanın müxtəlif ölklərinin siyasətçiləri, KİV-ləri  vasitəsilə  səsləndirilən  təkliflərdən biri də  Xankəndiyə humanitar hava dəhlizi açılması idi.

“Müqayisə üçün  Qərbi Berlində yaşanan humanitar fəlakətin qarşısını almaq məqsədilə 1948-ci il iyunun 24-dən 1949-cu il mayın 12-dək hava dəhlizi vasitəsilə humanitar yüklərin daşınması təcrübəsi xatırladılır, eyni təcrübənin Xankəndi üçün də tətbiq olunması təklif edilirdi.

O zaman müttəfiq dövlətlərin pilotları Qərbi Berlinə minlərlə ton ərzaq, geyim, dərman daşımışdı. Bənzər əməliyyatlar təxminən elə o illər Çan Kayşinin ordusunu və Hollandiya əhalisini aclıqdan xials etmək üçün də aparılıb.

İndi Paris meri İrəvana gələrək Xankəndiyə yön alacaq "humanitar yardım karvanınında" iştirak etmək istəyibsə, demək, təxribatın davamı da olacaq, sabah "humanitar hava dəhlizi" ideyasının tətbiqi üçün gediləcək təxribatlara da hazır olmalıyıq”.

C.Quliyev hesab edir ki, "Sülhməramlılar" Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yükləri Xankəndiyə buraxmırlarsa, Azərbaycan özü öz humanitar yüklərini çatdırmaq üçün hava dəhlizi (paraşütlə yardım) təşəbbüsü qaldıra bilər. Bu qarşı tərəfin gələcək addımlarını önləmək üçün də lazımdır.

Ekspert hesab edir ki, ictmai rəy  mümkün qədər qeyri-ordinar addımlara hazırlanmalıdır.

“İndi "erməniyə yemək verirlər, erməniyə qaz verirlər, başqalarını düşünmürlər" kimi şərhlərlə çıxış edən hər kəs doğrudan ya nə baş verdiyini anlamaq qabiliyyətində deyil, ya da sadəcə təxribatçıdır”.