“Qarabağ”dan 6-cı transfer

20:20 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib. 

Hafta.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb. Rusiyanın “Pari Nijni Novqorod” klubu ilə danışıqlar uğurla yekunlaşıb və yamaykalı Renaldo Sefas “Qarabağ”a transfer olunub.

Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər klubun formasını geyinəcək.

Qeyd edək ki, Renaldo Sefas yay transfer pəncərəsində komandanın 6-cı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç “Qarabağ”a qoşulub.