"İmişli" iki futbolçusu ilə müqaviləni uzatdı

13:49 27.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "İmişli" 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.

Klubdan Hafta.az-a verilən məlumata görə, Elmir Rəhimzadə ilə birillik, Lətif Rzayevlə isə 2 illik yeni sözləşmə bağlanıb.

Qeyd edək ki, hər iki futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.