"İnsan qəssabı" azadlıqda - ETİRAZLAR SƏNGİMİR

17:54 01.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyada mafiya ilə mübarizəyə ömrünü həsr edən müstəntiq Covanni Falkoneyə sui-qəsd tərtib edən, 14 yaşındakı uşhağı kimyəvi turşu ilə əridib yoxa çıxaran, 150 cinayətdə əlnin olduğunu etiraf edən mafiya lideri Covanni Bryuska 25 illik məhkum həyatı yaşadıqdan sonra sərbəst buraxılıb. 

Hafta.az-ın məlumatına görə, tutulandan sonra dövlətlə əməkdaşlıq edən Koza-nostra üzvü cəzasında endirim alaraq sərbəst buraxılmasından sonra İtaliyada etirazlar səngimir.

Covanni işlədiyi cinayətlər səbəbindən "insan qəssabı" və ya "donuz" ləqəblərini almışdı. O, 1992-ci ildə müstəntiq Bryuska və həyat yoldaşı, həmçinin 3 mühafizəçisinə qarşı "Capaçi qətliamı" adını almış avtomobil yolunda partlayıcıları atəşləyən adamdır. O, həmçinin 14 yaşındakı Giuseppe Di Matteonun boğularaq öldürülməsi və cəsədinin nitrit turşusu ilə yox edilməsi əmrini verib. Di Matteo 1993-cü ildə 12 yaşı olanda mafiya etirafçısı olan atası Santino Matteonu susdurmaq məqsədi ilə qaçırılmışdı. 2 ildən çox əsir saxlanılan uşaq Bryuskaya qiyabi ömürlük həbs cəzası verildiyi gün öldürülmüşdü.

Bryuska 1996-cı ildə həbs ediləndən sonra özü Koza-nostra ilə bağlı məlumatlar verməklə dövlətlə əməkdaşlıq etməyə başlayıb. Nəticədə o, 25 illik cəza alıb. Hazırda 64 yaşı olan mafiya liderinin 4 il müddətinə sərbəst də olsa nəzarətdə qalacaq.

Onun qurbanlarının yaxınları isə bu qərarla razılaşmır və etiraz edəcəklərini söyləyirlər.