Yazını böyüt
Yazını kiçilt
Ötən hesabat həftəsində ABŞ-nin kommersiya xam neft ehtiyatları 765 min barel azalıb.
Hafta.az xəbər verir ki, bu barədə Amerika Neft İnstitutunun (API) məlumatında deyilir.
“Bloomberg”in məlumatına görə, Oklahoma ştatındakı Kuşinq anbarında xam neft ehtiyatları isə keçən həftə daha 1 milyon barel azalıb. Əgər bu rəqəm rəsmi məlumatlarla təsdiqlənərsə, ehtiyatlar 20 milyon barel hesab edilən minimum əməliyyat səviyyəsindən aşağı düşəcək.
Ekspertlərin fikrincə, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-də güclü tələbatı göstərən bu məlumatlar neft qiymətlərinə olan aşağı təzyiqi qismən aradan qaldırır.