"Kəpəz" Tacikistan millisinin üzvünü transfer edib

19:57 18.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Kəpəz" yeni transferini reallaşdırıb.

Klubdan hafta.az-a verilən məlumata görə, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb. 24 yaşlı futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə bağlanılıb.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində “İstiklol”da çıxış edib. Ş. Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb və 6 qolla yadda qalıb.