Yazını böyüt
Yazını kiçilt
Moskva xüsusi əməliyyat əvəzinə real hərbi əməliyyatlara keçsə, Ukrayna çox tez məğlub olacaq.
Hafta.az bildirir ki, İsveç jurnalistləri ilə söhbətində belə bir xəbərdarlıqla Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsev çıxış edib. “Expressen” rusiyalı diplomatın sözlərini sitat gətirir.
"Rusiya tərəfindən bu, müharibə deyil, xüsusi hərbi əməliyyatdır. Əgər Rusiya real müharibəyə başlasa, Ukrayna çox tez məğlub olacaq", - Tatarintsev deyib.
Onun sözlərinə görə, Moskva dünyadan təcrid oluna bilməz. O, Qərbə bunu xatırlamağa çağırıb.
Tatarintsev döyüş meydanında baş verənləri şərh edərkən, "Biz qalib gəlirik. Bunu yazın" deyib.