"Kremldə yeni hərbi çevriliş cəhdinə qarşı hazırlıq görülür"

14:39 29.08.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kreml administrasiyası məxfi xidmətlərə mümkün yeni hərbi çevriliş təhlükəsinə hazırlaşmağı tapşırıb. Rusiya Federasiyasında Yevgeni Priqojinin məhv edilməsindən sonra yeni hərbi müxalifət fəallığı qorxusu yaranıb. Artıq güc strukturları “Vaqner” qrupunun iyunun sonunda təşkil etdiyi analoji “iğtişaşlar”a nəzarət etmək və qarşısını almaq üçün çalışır.

Hafta.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri öz mənbələrinə istinadla yazır.

Priqojin iğtişaşları elan edəndə Moskvadan 200 kilometrdən az məsafədə yerləşən “Vaqner” tankları ölkəni iyirmi ildən çox idarə edən Vladimir Putində “dərin həyəcan” yaratmışdı. Dörd mənbə bildirib ki, Priqojin nəinki Rusiya ordusunun komandanlığına meydan oxuyub, həm də Putinin şəxsi fərmanına məhəl qoymayıb və bu, onun rejim üçün təhlükə kimi görünməsinə gətirib çıxarıb.

Priqojinin irsinə Ukrayna, Afrika və Yaxın Şərqdəki münaqişələrdə təcrübəsi olan döyüş bölmələri, həmçinin teleqram-kanalları və siyasi texnoloqları olan media imperiyası daxildir. Mənbələrin sözlərinə görə, Kreml “Vaqner” qrupunu indiki formada saxlaya bilməyəcək. Özəl hərbi şirkətlər ləğv ediləcək.

“Vaqner”in bir çox üzvləri Priqojinin ölümündə hakimiyyətin əli olduğuna inanır. Beynəlxalq Böhran Qrupunun analitiki Oleq İqnatov da deyir ki, hakimiyyət belə risklərə göz yuma bilməz.