"Makronu yenə alçaltdılar..." - BU DƏFƏ BMT-DƏ

18:51 22.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransa prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasındakı çıxışı ölkənin bir nömrəli gündəminə çevrilib. Makron çıxış edərkən zalın boş olduğuna diqqət çəkən fransız siyasətçilər onu sərt şəkildə tənqid ediblər.

Hafta.az bildirir ki, Fransa Makronun Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında çıxışından danışır.

Fransa lideri BMT Baş Assambleyasında çıxış edərkən zalın əsasən boş olması diqqətdən qaçmayıb.
Fransız siyasətçi Fransua Asselineau Twitter hesabından verdiyi açıqlamada deyib:

“Makron dəhşətli dərəcədə alçaldıldı. Onun çıxışı zamanı ölkələrin dörddə üçü yox idi”.

Nümayəndə heyətlərinin dörddə üçünün kafeteryada dincəlməyə və Makronu dinləməyə üstünlük vermədiyini ifadə edən Asselineau, Fransa mediasının bütün cəhdlərinə baxmayaraq, Makronun Fransanı dünyanın gözü qarşısında aşağıladığını iddia edib.

Makron təxminən 30 dəqiqə davam edən çıxışının mühüm hissəsini Rusiya-Ukrayna müharibəsinə həsr edib.

Oxunma sayı 3744