"Mançester Siti"nin ulduzu bu səbəbdən Türkiyəyə gedir

08:32 08.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mançester Siti" klubunun əslən türkiyəli olan alman futbolçusu İlkay Gündoğan "Qalatasaray"la danışıqlar üçün Türkiyəyə gedir.

Hafta.az xəbər verir ki, bu barədə futbolçunun həyat yoldaşı Sara Gündoğan sosial media hesabından paylaşım edib.

Sara Gündoğan həyat yoldaşı İlkay Gündoğan və uşaqları ilə təyyarədə çəkdirdiyi fotonu sosial media hesabında paylaşaraq Türkiyəyə yola düşdüklərini bildirib.

Qeyd edək ki, "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola İlkayın Türkiyəyə gedişinin "Qalatasaray"la əlaqədar olub-olmadığına dair heç bir məlumatının olmadığını bildirib. /"NtvSpor"/