"Mariupol tam blokadadadır" - Zelenski

23:00 12.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azov dənizinin sahilində Ukraynanın ən böyük şəhəri Mariupol tam blokadadadır”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində deyib.

Onun sözlərinə görə, şəhər gecə-gündüz atəşə tutulur.

“Rus qoşunları Mariupolu raketlərlə vururlar. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir. Nə üçün?”, - deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, müharibə zamanı artıq onlarla xəstəxana, yüzlərlə məktəb, uşaq bağçası və universitetlər dağıdılıb.