Türkiyənin gəmisini Rusiya vurubmuş

11:34 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya pilotsuz təyyarəsi Qara dənizdə Panama bayrağı altında üzən Türkiyə gəmisi olan VICTRESS-i vurub.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb. 

Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşları olan doqquz heyət üzvü olub.

"Çətin vəziyyət və yanğının daha da yayılması təhlükəsi nəzərə alınmaqla, Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqlarının heyətləri quru yük gəmisinin heyətini təxliyə etmək üçün xilasetmə əməliyyatını uğurla həyata keçiriblər. Təəssüf ki, onlar arasında itkilər olub", - məlumatda qeyd olunub.