"Media hqqqında" qanun layihəsi sonuncu müzakirəyə çıxarılır

10:17 30.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis bu gün 2021-ci ilin son iclasına toplaşır.

Hafta.az xəbər verir ki, iclasda 9 məsələ müzakirəyə çıxarılacaq. Qeyd edək ki, müzakirəyə çıxarılan sənədlər sırasında son vaxtlar qalmaqal doğuran “Media haqqında” qanunun layihəsi də var. Layihə üçüncü oxunuşa çıxarılacaq. Bugünkü iclasda deputatların müzakirə edəcəyi məsələlər aşağıdakılardı:
 

1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 
 

2. “Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 
 

3. “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 
 

4. “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.  
 

5. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 
 

6. “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 

7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
 

8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
 

9. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 

Oxunma sayı 38