"Məhkəmə şəffaflıq qanunu ilə bağlı qərarı konstitusiyaya əsaslanaraq qəbul edib” - Tengiz Şarmanaşvili

10:10 10.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Konstitusiya Məhkəməsi “xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı qərarı daxili və xarici aktorların mülahizələrinə deyil, Gürcüstan Konstitusiyasına əsaslanaraq qəbul edib”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstan Parlamentinin Müdafiə və təhlükəsizlik komitəsi sədrinin birinci müavini Tengiz Şarmanaşvili deyib. Onun sözlərinə görə, bu, dayandırılmayacaq və müzakirə olunana qədər qüvvədə olacaq düzgün qərardır.

“Əminəm ki, mahiyyət əsasından baxılandan sonra da qüvvədə olacaq, çünki orada konstitusiyaya zidd heç nə olmadığına dair çox arqument var. Mən praktiki olaraq məhkəmədə məğlub olacağımızı qeyri-mümkün hesab edirəm”, – deyə Tengiz Şarmanaşvili qeyd edib.

Konstitusiya Məhkəməsi “xarici təsirin şəffaflığı” qanununun məhkəmənin yekun qərarına qədər dayandırılması barədə vəsatəti rədd edib.