"Müharibə zamanı erməni qoşunlarının tərkibində yüzlərlə əcnəbi döyüşçü olub" - Nairi Hokhikyan

13:50 03.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə, könüllü olaraq döyüşə getmiş, erməni jurnalist Nairi Hokhikyan bildirib ki, müharibə dövründə erməni qoşunlarının tərkibində yüzlərlə əcnəbi döyüşçülər olub.

Hafta.az-ın yazdığına görə, N.Hakhikyan deyib ki, əyninə hərbi mundir geyinib, əlinə silah almış əcnəbi döyüşçülərdən əlavə, yüzlərlə əcnəbinin də döyüşə qatılmaq üçün növbə gözlədiyini şəxsən görüb. O, əlavə edib ki, Qarabağda döyüşmək üçün əsasən xaricdə yaşayan ermənilər canfəşanlıq göstərib. "Oktyabrın 6-da, Fransa və Rusiyadan gələrək Qarabağda döyüşə qatılmış qrupun üzvləri ilə tanış oldum. Bir həftə sonra - oktyabrın 12-də Amerikada yaşayan bir tanışım mənə zəng edərək Qarabağda döyüşmək istədiyini, bunun üçün hansı dövlət qrumundan icazə almalı olduğunu soruşdu", - deyib Hakhikyan. 

"Kırım parlamentinin deputatı Armen Mardoyan, müharibənin ikinci günü elan etdi ki, Qarabağa 450 peşəkar döyüşçü göndərmək üçün icazə istəyir. Məsələ bununla bitmirdi, Aleksandr Boroda da o vaxtlar ümumilikdə 7 minlik ordu göndərməyə hazır olduqlarını bildirmişdi" deyən Hakhikyana görə, Ermənistan dövləti Qarabağ savaşında tərəflərindən heç bir əcnəbinin döyüşmədiyini iddia etsə də, saysız-hesabsız xarici ölkə vətəndaşı olan muzdluların meyitləri döyüş meydanlarında qalmışdı.