"Rusiya-Azərbaycan münasibətlərini hər iki tərəfdən aranı vurmaq istəyən qüvvələr gərginləşdirir. Hazırda müəyyən ritorikalarda soyuqluq hiss olunsa da, dövlət səviyyəsində bununla bağlı elə bir qərarlar yoxdur. Bu sərinlik sosial şəbəkələrdə müəyyən deputatların və medianın çıxışları ilə özünü büruzə verir. Reallıqda isə Azərbaycan-Rusiya arasında müttəfiqlik haqqında 43 bənddən ibarət sənəd var və bu sənədin icraatı hazırda gündəmdədir".
Bunu hafta.az-a hərbi ekspert Şair Ramaldanov Rusiyanın Azərbaycana qarşı hərbi təhdidləri ilə bağlı açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanla Rusiya gündəmdədir. Hər iki tərəf bu münasibətlərini inkişaf etdirir:
"Azərbaycan müstəqil dövlətdir. Öz münasibətlərini, davranışlarını özünün milli maraqlarından irəli gələrək qəbul edir. Rusiya-Azərbaycan arasında olan bu ab-hava mətbuatda olan müharibədir. Ancaq nə Rusiyadan Azərbaycana, nə də AzərbY anda Rusiyaya qarşı münasibətlər bu formada deyil. İki dövlət arasında iqtisadi, siyasi münasibətlər olduğu kimi davam edir. Eyni zamanda mədəni i tədbirlər azalsa da, düşünürəm ki, bu da möcud vəziyy,ətlə bağlıdır və müvəqqəti xarakter daşıyır. Təbii ki, münasibətlərdə heç bir tərəf o qırmızı xətti keçmir. Düşünürəm ki, Azərbaycanın maraqlarını anlayan qüvvələr buna normal yanaşırlar. Ümumən Azərbaycanla Rusiyanın strateji müttəfiqliyinə maneə yaradan heç nə yoxdur. Digər məlum məsələlər də gec-tez beynəlxalq qanunların yanaşması çərçivəsində həllini tapacaq".