Rusiya-Ukrayna münasibətləri kəskinləşdikcə, üstəlik, Qərbin rus ordusunun Ukraynaya hücum edəcəyinə dair konkret tarix verdiyini və bir-birinin ardıyla ölkələrin öz vətəndaşlarını təxliyyə etməyə başlaması bölgəmizdə böyük təhlükə yaradıb. Burada qardaş Türkiyənin böyük sülhyaratma missiyası, tərəflər arasında vasitəçilik niyyətində olması da maraqla qarşılanmaqdadır. Xüsusilə də Rusiya prezidenti Vladimir Putinin Ankaraya gözlənilən səfəri qardaş dövlətimizin qlobal hörmətini daha da yüksəltməkdədir.
Bu gün Rusiyanın Ankarada səfiri Aleksey Erxov Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçilik təklifi, prezident Vladimir Putinin Türkiyəyə hələlik dəqiqləşməmiş səfəri və Moskvanın NATO-dan gözləntilərinə dair müsahibə verib. Gündəm olduğu üçün tərcüməsini diqqətə çatdırmaq istədik. Diplomat söhbətə Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik niyyətinə münasibət bildirməklə başlayıb:
- Rusiya ilə Ukrayna arasında mövcud olan anlaşılmazlıqların kökündə, Minsk Sazişinin Kiyev tərəfindən icrası prosesində qaydalara zidd halların yaşanmasının olduğunu düşünürük. Əgər türk ortaqlarımız ukraynalılara təsir edərək onları daha öncə öz üzərilərinə götürdükləri vəzifələri yürinə yetirmək məsələsində yola gətisələr, bunu məmnuniyyətlə qarşılayarıq. Ümumiyyətlə, Türkiyədən olan tərəfdaşlarımızın gərginliyi azaltmaq üçün göstərdikləri cəhdi yüksək qiymət veririk və alqışlayırıq.
- Rusiya-Ukrayna böhranında NATO-nun rolu ilə bağlı nə düşünürsünüz?
- Beynəlxalq gərginliyi sadəcə Rusiya-Ukrayna böhranı səviyyəsinədək kiçiltmək doğru olmazdı. Hadisələri bu prizmada analiz edərsinizsə, bu yanlış olar və cəmiyyəti səhv yönümdə məlumatlandırar. Əslində problemin mərkəzində Moskva - Kiyev deyil, Moskva - Vaşinqton və Moskva - Brüssel anlaşmazlığı, yəni NATO dayanır. Əsas məsələ odur ki, NATO illərdir Şərqə, yəni Rusiya sərhədlərinə doğru genişlənməkdədir. NATO dediyimiz zaman, hər şeydən öncə potansial olaraq Rusiyanın milli təhlükəsizliyi üçün həqiqi və birbaşa təhlükə yaradan ən müasir hücum silahları başda olmaqla, bu hərbi alyansın infrastrukturunu düşünürük. Özünüz düşünün: bir axşam işdən sonra evinizin qarşısında oturub dincəlmək istəyirsiniz və bu zaman qonşunuzun həyətində lüləyi sizə tərəf çevrilmiş tankı görürsünüz. Təbii ki, narahat olacaqsınız və bu tankın evinizə atəş açmayacağı, mülklərinizi onunla bölüşməyi tələb etməyəcəyi məsələsində bir növ təminat almaq istəyəcəksiniz. Biz də, təəssüf ki, tarixdə bir neçə dəfə olduğu kimi, Qərbdən müharibə təhdidlərinin yüksəlməyəcəyinə dair hüquqi müstəvidə təminat almaq istəyirik. Buna görədir ki, təsdiqlənəcəyi dəqdirdə müştərək maraqlara uyğun olaraq Rusiyanın narahatlığını aradan qaldıra biləcəyini düşündüyümüz sənədlərin layihələrini həm ABŞ-a, həm də NATO-ya təqdim etdik. Bu müstəvidə apardığımız işlər Rusiya-Ukrayna məsələsindən daha genişdir. Ukraynanın NATO-ya üzv olmaması, torpaqlarında xarici əsgərlərin və hücum silahlarının yerləşdirməməsi, bizcə sözünü etdiyim layihələrin sadəcə bir hissəsidir.
- NATO-dan konkret olaraq istəyiniz nədir?
- Çox sadə bir şey istəyirik - bizi anlasınlar. Nəhayət, istəyirik ki, Moskvanın istədikləri başa düşülsün və sayğı göstərilsin. İllərdir NATO-nun genişləndiyini, raketdən müdafiə sistemlərinin və sərhədlərimizə yaxın digər ölkələrin torpaqlarında hərbi birliklərin yerləşdirildiyini, yəni hərbi təsislərin yaradıldığını, hərbi təlimlərin keçirildiyini narahatlıqla izləyirik. Kimlərsə bundan məmnun qala bilər, biz məmnun deyilik. Əgər həqiqətən də Avropada təhlükəsizliyin ortaq və bölünməz olduğunu düşünsək, 1999-cu ildə İstanbulda Avropa Təhlükəsizlik Şərtini qəbul edərkən tam olaraq razılığa gəlmişdik. O vaxt bildirmişdik ki, narahatlıqlarımız nəzərə alınmalı və aradan qaldırılması üçün addımlar atılmalıdır. Əls halda tankın evimizə doğru hərəkətə keçməsini gözləmədən raket sistemini hərəkətə gətirəcəyik.
- Ukrayna məsələsində NATO və Avropa ittifaqı daxilində parçalanmanın olduğunu görürük. Sizcə nələr baş verir?
- Bu cür anlaşılmazlıqlar ola bilər və üstəlik bunlar yalnız Rusiya-Ukrayna məsələsi ilə deyil, ümumilikdə qlobal təhlükəsizliklə bağlıdır. Üçbaşlı siyasət yürütməklə ortaqlıq etmək olmaz. Bu məsələdə sadəcə münasibət bildirmək problemi həll eləmir. Məsələyə münasibəti hər hansı NATO üzvlərindən və Avropa İttifaqı ölkəsindən də soruşun. Çox güman ki, onlar da sizə mövcud vəziyyətin səbəbkarının Moskva olduğunu, "Rusiyanın təcavüzkar və təhlükə mənbəyi olduğunu deyəcəklər.