"Neftçi" "Sabah"a, "Sumqayıt" Zirə"yə qalib gəldi

18:10 18.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Hafta.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.

Öncə “Neftçi” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.

Turun qapanış matçında isə “Sumqayıt”la “Zirə” üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüşdə də 3 xal meydan sahiblərinə qismət olub.

Xatırladaq ki, ilk oyun günündə “Səbail”lə “Keşlə” heç-heçəyə razılaşıb (1:1), “Qarabağ” isə “Qəbələ”yə böyük hesabla (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
6-cı tur

18 oktyabr

“Neftçi” – “Sabah” 1:0
Qol: N.Ələsgərov, 29.
Qırmızı vərəqə: M.Kane, 75 (ikinci sarı).

“Sumqayıt” – “Zirə” 2:1
Qollar: R.Sadıxov, 30-pen. T.Mütəllimov, 59 – D.Volkov, 35.
Matçın 28-ci dəqiqəsində Ə.Qurbani penaltidən yararlana bilməyib (kənara)
Qırmızı vərəqə: K.Diniyev, 90+4.

Oxunma sayı 2948