ABŞ-da nəsli kəsilməkdə olan heyvanlardan genetik material alaraq “nəhəng hibrid qoyun” yetişdirən şəxs mühakimə olunduğu məhkəmə tərəfindən təqsirli bilinib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, 80 yaşlı Artur Şubartın yaratdığı heyvanları ovçuluq təsərrüfatlarına satdığı və heyvanların bu təsərrüfatlara pul ödəyən ovçular tərəfindən güllələndiyi bildirilib.
Şubartın Qırğızıstandan qeyri-qanuni olaraq “Marko Polo qoyunu” kimi tanınan çöl qoyun cinsinin hissələrini idxal etdiyi və onlardan embrionları klonlaşdırmaq üçün istifadə etdiyi müəyyənləşdirilib.
Şubartın yetişdirdiyi qoyunların çəkisinin 135 kiloqramdan, buynuzlarının uzunluğunun isə 1,5 metrdən çox olduğu bildirilib.
Bildirilib ki, 80 yaşlı kişi bu qoyunlardan sperma götürüb və misli görünməmiş böyüklükdə qoyun yetişdirmək üçün araşdırmalar aparıb.
Şubartın məqsədinin bu heyvanları ovçuluq təsərrüfatlarına satmaq olduğu irəli sürülüb. Bu təsərrüfatlara gələn müştərilər pul ödəyərək fermadakı heyvanları vura bilərlər, iri heyvanlara isə daha çox pul ödənilir.
Ədliyyə Departamentinin Ətraf Mühit və Təbii Sərvətlər Şöbəsinin Baş prokurorunun köməkçisi Todd Kim, "Bu, satmaq və kuboklar üçün ovlamaq məqsədilə qoyunların nəhəng hibrid cinslərini yaratmaq üçün həyasız bir sxemdir. Şubart beynəlxalq hüququ və bu sxemin bir hissəsi kimi Leysi Qanununu pozub" deyən bu işə cavabdeh şəxs "Hər iki qanun heyvanların təbii populyasiyalarını qorumaq məqsədi daşıyır" dedyə əlavə edib.
Lakey Qanunu bəzi vəhşi təbiətdə dövlətlərarası ticarəti qadağan edir və vəhşi təbiət qaçaqmalçılığının qarşısını almaq üçün istifadə olunur.
Ovçuluq təsərrüfatlarına satmaq üçün dağ qoyunları və dağ keçisi yetişdirən Şubart ittihamlarla razılaşıb və o, məhkum edilib.
80 yaşlı kişi günahkar bilindiyi cinayətlərə görə maksimum 5 il həbs və 250 min dollar pul cəzasına məhkum edilir. Məhkəmənin tezliklə hökmlə bağlı qərar verəcəyi gözlənilir.