"Ötən il Azərbaycanda dövlət satınalmalarının həcmi 15%-dək artıb" - Mikayıl Cabbarov

17:48 24.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə Azərbaycanda dövlət satınalmaları əvvəlki ilə nisbətən 14,8% artaraq 6,6 mlrd. manata yaxın olub. 

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 2,3 mlrd. manat təşkil edib.

“KOB-ların dövlət satınalmalarında daha geniş iştirakı təşviq olunacaq”, - deyə nazir qeyd edib.