"Paşinyan hakimiyyət üçün Ermənistana TALİBANI ÇAĞIRACAQ"

17:18 09.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş naziri Nikol Paşinyanın Qazaxıstana KTMT qüvvələri tərkibində erməni hərbiçilərini göndərməsi İrəvanda hələ də ciddi ironiya ilə qarşılanmaqdadır.

"Hakimiyyət KTMT-nin qərarını alqışlasa da, qoşun göndərməyə bilərdi.

Hafta.az xəbər verir ki, bunu “Ermənistan” blokunun deputatı Vahe Akopyan Qazaxıstana Ermənistan hərbçilərinin göndərilməsinin zəruri olub-olmaması sualını cavablandırarkən deyib.

“Birmənalı şəkildə bildirməliyik ki, KTMT-nin şərtlərinə əməl etməyə bilmərik, çünki bizim razılaşmamız var. Eyni zamanda, bildiyimə görə, müqavilədə coğrafi bölgü var - hər bir ölkə öz regionuna cavabdehdir, yəni cənuba görə biz cavabdehik.

Ermənistanın baş naziri Nikol Paşinyan illərlə söylədiyi fikirlərlə ziddiyyət təşkil edən vəziyyətə düşüb. Bu Nazirlər Kabinetinin prinsipiallığı yoxdur, onların dövlət, milli mənafe anlayışı yoxdur, onların gündəmində bir vəzifə var - kreslolarını saxlamaq. Ona görə də KTMT-ni, NATO-nu və Talibanı bura gətirəcəklər”, - deyə deputat bildirib.

Siyasət rubrikasından digər xəbərlər