Yazını böyüt
Yazını kiçilt
"Prezident Ersin Tatar olduqca millətçi, xalqsevər şəxsiyyətdir. O, Azərbaycanın problemlərini özününkü bilən, türk dünyasında baş verən hər şeyə maraqla yanaşan, Türkiyəyə sürəkli səfərlər edən, xalqın – kütlənin içində gəzən liderdir".
Bu sözləri Hafta.az-a müsahibəsində səsləndirən KKTC-nin ölkəmizdəki nümayəndəsi Mustafa Kamal Bəyazbayramın fikrincə, amma münasibətlər qarşılıqlı olmalıdır. "Əlbəttə, deyə bilərik ki, şəraitə uyğun olaraq Türkiyənin imkanları fərqlidir, Azərbaycanınkı başqa cür fərqlidir, KKTC-ninki də həmçinin" deyən diplomatın sözlərinə görə, əsas odur ki, istək olsun, qarşılıqlı münasibətlər ən üst səviyyədə və “bir millət, üç dövlət” əhval-ruhiyyəsi içində həyata keçirilsin.