"Qarabağ"dan qələbə, "Neftçi" Sumqayıtda xal itirdi

22:00 17.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub. 

Hafta.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. "Neftçi" "Sumqayıt"ın qonağı olub və bərabərə qalıb - 1:1. 

"Qarabağ" isə səfərdə "Sabah"la üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib. Bununla da çempionatda birinci dövrəyə yekun vurulub.

17 oktyabr (bazar)

“Sabah” – “Qarabağ” - 1:2
Qollar: Ozobiç, 44 (0:1), Zubir, 51 (0:2),  Aleksey İsayev, 65 (1:2)
Qırmızı vərəqə: Xulio Sezar Rodriqez, 27 ("Sabah", birbaşa qırmızı vərəqə)
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov
“Bank Respublika Arena”

“Sumqayıt” – “Neftçi” - 1:1 
Qollar: Murad Xaçayev, 50 (1:0), Sabir Buqrin, 54 (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”

Oxunma sayı 24