"Qarabağ"ın qələbəsi bu ölkə ilə Azərbaycan arasındakı xal fərqini azaltdı

10:26 06.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Şkendiya"nı məğlub edən "Qarabağ" Azərbaycanın UEFA əmsallar cədvəlindəki mövqeyini möhkəmlədib.

Hafta.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 19.000 xal olan ölkəmiz 28-ci sırada qərarlaşıb. Beləliklə, təsnifat mərhələsinin ilk oyununda qələbə qazanan "Qarabağ" Azərbaycanın aktivinə 0.250 xal yazdırıb.

Bu il aktivini 1.875 xal artıran ölkəmiz hazırda 27-ci yerdə olan Ukraynadan 0.225 xal geri qalır, məlum səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pillədədir.

UEFA əmsallar cədvəlinə 90.839 xalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, təmsilçilərimizdən "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Yunanıstanın "Omoniya" klubu ilə avqust ayının 7-də, "Sabah" klubu isə Bolqarıstanın "Levski Sofiya" klubu ilə səfərdə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" "Şkendiya" ilə cavab matçına avqust ayının 12-də Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.