"Qarabağ" qalib gəlib, "Keşlə" heç-heçə edib

18:40 17.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib.
 
Hafta.az-ın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk oyun günündə iki matç keçirilib.
 
Tur paytaxt derbisi ilə başlayıb. Çempionatın autsayderi “Səbail” öz meydanında yuxarı pillələrdə qərarlaşan “Keşlə”ni qəbul edib. Gərgin keçən matçda komandalar hərəyə 1 xalı 1 qolla qazanıblar. 

Günə “Qarabağ” və “Qəbələ” arasında matçla yekun vurulub. Fasilə ərəfəsində hesabı açan çempion ikinci hissənin sonlarında rəqibi daha iki dəfə mərkəzə dəvət edərək, böyükhesablı qələbəyə sevinib. 

Qeyd edək ki, tura sabah baş tutacaq iki oyunla yekun vurulacaq. “Neftçi” “Sabah”ı, “Sumqayıt” “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
VI tur - 17 oktyabr (şənbə)
"Səbail" - "Keşlə" - 1:1
Qollar: 
Bahadur Həziyev, 51 - Rəhman Hacıyev, 49
Qırmızı vərəqə: Adil Nağıyev, 83

"Qarabağ" - "Qəbələ" - 3:0
Qollar: 
Donald Gerye, 44, Patrik Andrade, 89 (pen.), Toral Bayramov, 90+1

Oxunma sayı 2390