"Qazprombank"a sanksiyalar Türkiyənin enerji təhlükəsizliyinə təhdiddir” – Səfir

09:20 11.12.2024 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

“ABŞ-ın “Qazprombank”a qarşı sanksiyaları Türkiyənin enerji təhlükəsizliyini təhdid edir”.

Hafta.az-ın yazdığına görə, bu iddia Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxova məxsusdur. Yerxov Türkiyənin idxal etdiyi təbii qazın 40 faizindən çoxunu Rusiyadan aldığını və bu sanksiyaların ciddi risk yaratdığını bildirib. Yerxov xatırladıb ki, “Qazprombank” Rusiya təbii qaz ticarətində əsas ödəniş alətidir.

Səfir mövzu ilə bağlı açıqlamasında deyib: “Türkiyənin istehlak etdiyi təbii qazda Rusiyanın payı 40 faizi ötür. Bu kontekstdə ABŞ-ın hərəkətləri, xüsusən də qarşıdan gələn qış mövsümünü nəzərə alsaq, Türkiyənin enerji təhlükəsizliyi üçün birbaşa risk yaradır”.

Avropa İttifaqı Rusiya təbii qazının Avropaya fasiləsiz çıxışını təmin etmək üçün ABŞ-ı “Qazprombank”a qarşı sanksiyaları yumşaltmağa çağırıb. Bloomberg-in xəbərinə görə, Aİ rəsmiləri bu istiqamətdə təzyiq göstərməyə çalışırlar.

ABŞ noyabrın 21-də “Qazprombank”a və onun altı xarici törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib.