Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov Bişkekdə keçirilən Qırğızıstan-Rusiya təhsil forumunda çıxışı zamanı bildirib ki, ölkə son 3 ildə milli yüksəliş dövrünü yaşayır.
Hafta.az-ın yazdığına görə, E.Baysalov deyib: “Əslində məlum oldu ki, biz yoxsulluq içində yaşamağa məhkum deyilik. Amma artıq öyrəşmişik... Biz heç də kasıb ölkə deyilik. Əgər dövlət rəhbərliyi və onun ətrafındakılar oğurluq etmədən, başqalarının oğurluğuna imkan vermədən işləsələr, hər kəs görəcək ki, biz kasıb ölkə deyilik”.
Baş nazirin müavini qeyd edib ki, çoxları kimi qırğızlar da çoxmillətli gözəl Qırğızıstanda çox rahat yaşaya bilərlər. “Bizim çoxlu təbii sərvətlərimiz var. Əlbəttə, bizim ən mühüm sərvətimiz istedadlı insanlarımızdır”, - deyə E.Baysalov bildirib.