"Referendumdan sonra DXR və LXR-ə hücum Rusiyaya hücum olacaq" - Senator Kosaçev

12:36 21.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev özünün Teleqram kanalında bildirib ki, "DXR, LXR", Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına daxil olması ilə bağlı referendumdan sonra onların ərazisinə hücum Rusiyaya hücumla eyniləşdiriləcək.

“Referendumdan sonra bu bölgədə insanları qorumaq bizim haqqımız deyil, borcumuz olacaq. İnsanlara və ərazilərə hücum Rusiyaya hücum olardı. Bütün nəticələri ilə”, - Kosaçev yazıb.

O əlavə edib ki, Rusiya tərəfi bundan sonra Qərbin fikrini nəzərə almayacaq, çünki insanlar özlərini Rusiyanın, rusların və rus mədəniyyətinin düşməni adlandıranların fikirlərindən daha önəmlidir.

“Stoltenberqlər və Borrellərin bəyanatları NATO-nun genişlənməməsi və “müdafiə alyansı” ilə bağlı vədləri ilə eyni səbətə düşməlidir”, Kosaçev deyib.