Səudiyyə Ərəbistanı Yerli Zəvvarlar üzrə Koordinasiya Şurasının rəhbəri Səid əl-Cuhani qeyri-qanuni Həcc ziyarətinin həcc təcrübəsinə mənfi təsir etdiyini bildirib.
Hafta.az-ın Saudigazetta-ya istinadən yazdığına görə, Əl-Cuhani qeyd edib ki, 1444-cü Hicri həcc mövsümündə Krallığın bütün şəhərlərini əhatə edən 177 şirkət yerli zəvvarlara xidmət etmək səlahiyyətinə malikdir.
O bildirib ki, Həcc şərtlərinə cavab verən vətəndaşlar əcc və Ümrə Nazirliyinin rəsmi internet saytı və ya “Nusuk” tətbiqi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Əl-Cuhani əlavə edib ki, saxta kampaniyalar həcc ziyarətinə getmək istəyən insanları mənfəət götürmək məqsədilə qanuni olduqlarını deməklə aldadır və onlar çox vaxt Həcc ziyarətinə aylar qalmış aktivləşirlər. O, qeyd edib ki, həcc və ümrəyə xidmət edən qeyri-qanuni kampaniyalar qanun-qaydaları pozaraq zəvvarları icazəsiz müqəddəs yerlərə gətirir. Bu da sonda problemlərlə nəticələnir.