"Sədərək TM-də koronavirusla bağlı heç bir qabaqlayıcı tədbir görülməyib"- Sahibkar

16:28 16.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirusla bağlı bir sıra alış-veriş yerlərində, əyləncə mərkəzlərində qabaqlayıcı tədbirlər planı kimi qaydaların tətbiqinə başlanılıb. Bundan əlavə,  bəzi müəsissələrin isə fəaliyyətində məhdudiyyətlər tətbiq edilib.

Ölkənin ən iri ticarət mərkəzlərindən biri olan "Sədərək" Ticarət Mərkəzində hansı tədbirlər görülür, məhdudiyyətlər tətbiq olunacaqmı?

"Sədərək" TM -dən məlumat ala bilməsək də, orada çalışan sahibkar Vüqar Həmati hafta.az-a bildirdi ki, indiki vəziyyət haqqında onu deyə bilərəm ki, rəhbərlik tərəfindən koronavirusla bağlı heç bir qabağlayıcı tədbir görülməyib:

"Lakin bir yeməkxanada fərdi şəkildə dizenfeksiya işlərinin aparıldığının şahidi olmuşam. Eşitdiyimizə görə, sadəcə bəzi sıralarda mağazalarda işləyən sahibkarlara tapşırılıb ki, maskadan istifadə etsinlər. Bizə hələ ki, bu barədə heç bir məlumat və tapşırıq verilməyib. Bazara məhdudiyyətlərin qoyulması haqqında da bizə heç bir məlumat verilməyib. Bazarda alış-satış demək olar ki, yox dərəcəsindədir, artıq bir neçə gündür ki, bazara gələn insanların getdikcə azalması sahibkarların qarşıda çox böyük itkilərlə üzləşəcəyindən xəbər verir. Artıq bir neçə gündən sonra yer pullarının verilməsi, banklara ödəniləcək borcların qaytarılması indidən sahibkarları düşünməyə vadar edir".