"Şimal" I Liqada yerini qorudu

18:03 27.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu baş tutub.

Hafta.az xəbər verir ki, həlledici görüşdə I Liqada 9-cu olan "Şimal" ilə II Liqada 2-ci olan "Qaradağ Lökbatan" qarşılaşıb.

Şamaxı şəhər stadionunda keçirilən görüş "Şimal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, komanda I Liqada qalmağı bacarıb.

"Qaradağ Lökbatan" isə növbəti mövsümdə yenə də II Liqada oynayacaq.