"Sülh müqaviləsinin paraflanması Azərbaycan-Ermənistan qarşıdurmasına son qoyur" - PREZİDENT

13:13 21.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülüb. Bu sənədin paraflanması faktiki olaraq Azərbaycan-Ermənistan qarşıdurmasına son qoyur.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirib.

"Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi", - deyə dövlətimizin başçısı bildirib.