"Ölkəmizdə yaşanan toqquşmaların arxasında xaricdə yetişdirilmiş terrorçular dayanır. Hazırda onlara qarşı genişmiqyaslı antiterror əməliyyatları aparılır".
Hafta.az-ın yazdığına görə, bu sözləri Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuli deyib. Diplomat bildirib ki, xüsusilə Almatı şəhərinin ətrafında çox sayda xaricə bağlantılı terrorçular toplaşıb. "Təhlükəsizlik qüvvələri və kəşfiyyat idarəsi onları təsbit edərək üzə çıxarmaqdadır. Onlar polis qüvvələrinə hecum edərək silahlarını alıblar. Zəncir marketlər və banklar talan edilib. Odur ki, asayişi bərpa eləmək üçün ordu işə qarışıb" deyən səfir əlavə edib ki, terrorçular dövlət qüvvələrinə qarşı həm basqın zamanı ələ keçirdikləri, həm də əvvəlcədən topladıqları silahlardan istifadə edirlər.
Qazaxıstan səfiri Rusiya sülhməramlılarının ölkəyə çağırılmsına da toxunub. Bildirib ki, Rusiya, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistan kimi ölkələrin hamısı ortaq qərar qəbul edərək Qazaxıstana qoşun göndəriblər. Bu, ölkədə asayişi bərpa etmək üçün lazımdır.