"Ukraynada müharibəyə son qoymağın tək yolu Trampın yenidən seçilməsidir" – Viktor Orban

09:43 31.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın baş naziri Viktor Orban “X” sosial media platformasında “Fox News”un keçmiş aparıcısı Taker Karlsonla müsahibəsində Donald Trampın yenidən ABŞ prezidenti vəzifəsinə qayıtmasının münaqişədən “yeganə çıxış yolu” olacağını bildirib.

Hafta.az-ın yazdığına görə, Orban deyib ki, ruslar ukraynalılardan qat-qat güclü və sayca çoxdur. “Trampı geri çağırın. O, Qərb dünyasını xilas edə biləcək yeganə adamdır", - Orban deyib.

Trampın 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə çalışmaq, vəzifədən getdikdən sonra özü ilə məxfi sənədlər götürmək və federal araşdırmalara mane olmaq ittihamlarını tənqid edən Orban, bunun Macarıstanda “ağılagəlməz” olduğunu bildirib.

Orban, "Məncə, Macarıstanda siyasi müxaliflərə qarşı ədalət sistemindən istifadəni təsəvvür etmək mümkün deyil. Bunu kommunistlər edib” deyib.

ABŞ prezidenti Co Baydenin Macarıstan hökumətinin qanunun aliliyi və insan haqları vəziyyətini yaxşılaşdırmaq üçün göstərdiyi səylərdən şikayətlənən Orban, Macarıstanın NATO üzvü və ABŞ-ın müttəfiqi olduğuna diqqət çəkib: "Bizimlə ruslardan daha pis rəftar olunur. Bu nə deməkdir?" soruşub.

Orban hökuməti Rusiyanın Ukraynada 2022-ci ilin fevralında müharibəyə başlamasından bu yana Moskva ilə yaxın münasibətlərini qoruyaraq Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarının qarşısını alacağını iddia edib.